Asensio transferi yarıda qaldı: Türkiyəyə gəlməyəcək
13.08.2025 - 22:41

"Fənərbaxça" Marko Asensio transferindən imtina edib.
Apasport.az xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu paylaşım edib.
Onun sözlərinə görə, buna səbəb futbolçunun transfer haqqı və yüksək maaşı olub.
"Sarı-lacivərdlilər" Kerem Aktürkoğlu ilə razılığa gəldikdən sonra Asensio transferindən vaz keçib. Klub büdcəyə daxil olan vəsaiti türkiyəli futbolçunu almaq üçün istifadə edəcək.
0
0