“Aston Villa”dan iki yeni transfer
02.09.2025 - 10:19

“Aston Villa” heyətini iki yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda ötən mövsümü “Çelsi”də keçirən, müqavilə ilə isə “Mançester Yunayted”ə məxsus olan Ceydon Sanço, eləcə də “Liverpul”un yarımmüdafiəçisi Harvi Elliotu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Hər iki oyunçu mövsümün sonuna qədər icarə əsasında “Aston Villa”nın uğurları üçün mübarizə aparacaq.
Qeyd edək ki, komanda daha əvvəl müdafiəçi Viktor Lindelöfü heyətinə qatmışdı.
0
0