“Aston Villa”nın müdafiəçisi İtaliya yolunda
08.11.2025 - 09:53
“Aston Villa”nın müdafiəçisi İtaliya yolunda

"Aston Villa"nın müdafiəçisi Ezri Konsa karyerasını İtaliyada davam etdirə bilər.

Apasport.az xəbər verir ki, "İnter" ingiltərəli futbolçunu transfer etmək istəyir.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

A Seriyası təmsilçisi 28 yaşlı oyunçunu qışda heyətinə qatmağı planlaşdırır. Komanda ingiltərəli futbolçu üçün 35 milyon avronu gözdən çıxarıb.

Qeyd edək ki, "Aston Villa" Ezri Konsanı 2019-cu ilin yayında "Brentford"dan transfer edib.