“Atalanta” İvan Yuriçlə yollarını ayırıb
11.11.2025 - 09:33
“Atalanta” İvan Yuriçlə yollarını ayırıb

“Italiya klubu “Atalanta” baş məşqçi İvan Yuriçi və onun köməkçilərini istefaya göndərib.

Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xorvatiyalı mütəxəssis 2025-ci ilin iyununda məşhur italyan mütəxəssis Can Pyero Qasperinini əvəz edərək komandanın başına keçmişdi. Yuriçin rəhbərliyi altında “Atalanta” bütün turnirlərdə 15 rəsmi oyun keçirib, bu matçlarda 4 qələbə qazanıb, 3 dəfə uduzub və 8 dəfə heç-heçə edib.

İtaliya A seriyasında 11 turdan sonra “Atalanta” 13 xal toplayaraq turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.