“Atalanta”nın futbolçusu La Liqa klubunun hədəfində
22.03.2026 - 09:33
“Atalanta”nın futbolçusu La Liqa klubunun hədəfində

“Atalanta”nın yarımmüdafiəçisi Ederson karyerasını İspaniyada davam etdirə bilər.

Apasport.az xəbər verir ki, oyunçu ilə “Atletiko Madrid” yaxından maraqlanır.

Komanda bu keçid üçün “Atalanta”ya 35 milyon avro təklif edib.

La Liqa təmsilçisi həmçinin təklifin qəbul olunacağı təqdirdə əlavə 5 milyon avro bonus ödəməyə hazırdır.

Lakin İtaliya klubu ispanlardan ilkin olaraq 40 milyon avro tələb edir.

Qeyd edək ki, 26 yaşlı Ederson bu mövsüm bütün turnirlərdə 32 oyunda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.