"Atletiko" ABŞ-dən futbolçu transfer etdi
03.02.2026 - 15:24
"Atletiko" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
"Matroslar" ABŞ-nin "Sietl Saunders" klubunda çıxış edən Obed Qomes Varqası transfer edib.
20 yaşlı yarımmüdafiəçi ilə 4,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Atletiko" daha əvvəl İtaliyanın "Atalanta" klubundan Nigeriya millisinin üzvü Ademola Lukmanın keçidini açıqlayıb.
0
0