"Atletiko" "Tottenhem"in kapitanına "göz tikib"
21.04.2026 - 00:16
“Tottenhem”in kapitanı Kristian Romero karyerasını İspaniyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, “Atletiko Madrid” argentinalı mərkəz müdafiəçisinin transferində maraqlıdır.
Bu barədə “Fichajes” nəşri məlumat yayıb.
La Liqa təmsilçisi 27 yaşlı futbolçunun keçidi üçün yay transfer pəncərəsində rəsmi addım atmağa hazırlaşır.
Qeyd edək ki, Romero cari İngiltərə Premyer Liqası mövsümündə “Tottenhem”in heyətində 23 oyuna çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
0
0