“Atletiko”da növbəti ayrılıq
27.07.2025 - 11:18
“Atletiko”da növbəti ayrılıq

“Atletiko”nun futbolçusu Samuel Lino komandanı tərk edəcək.

Apasport.az xəbər verir ki, müdafiəçi “Flamenqo” ilə anlaşıb.

Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Madrid təmsilçisi Linonun satışından 24 milyon avro qazanacaq.

Qeyd edək ki, 25 yaşlı futbolçu ötən mövsüm 47 oyunda 4 qol vurub, 8 məhsuldar ötürmə edib.