"Atletiko"da növbəti ayrılıq - RƏSMİ
30.06.2025 - 15:34
"Atletiko"da növbəti ayrılıq - RƏSMİ

İspaniya La Liqası təmsilçilərindən "Atletiko Madrid"də daha bir ayrılıq gerçəkləşib.

Apasport.az xəbər verir ki, Reynildo Mandava komandanı tərk edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı sol cinah müdafiəçisi ilə başa çatan müqavilə uzadılmayıb.

Qeyd edək ki, "Atletiko" daha əvvəl ispaniyalı müdafiəçi olan Sezar Azpilikueta ilə də vidalaşmışdı.