“Atletiko”dan 40 milyonluq transfer: Li Kan İn Madrid klubuna keçir
06.07.2026 - 16:52
“Atletiko”dan 40 milyonluq transfer: Li Kan İn Madrid klubuna keçir

PSJ-nin futbolçusu Li Kan İn karyerasını İspaniyada davam etdirəcək.

Apasport.az xəbər verir ki, Cənubi Koreya millisinin yarımmüdafiəçisi “Atletiko”ya transfer olunacaq.

Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Madrid klubu futbolçunun transferi ilə bağlı razılıq əldə edib. Keçidin məbləği təxminən 40 milyon avro olacaq.

Mənbənin məlumatına görə, Li Kan İn şəxsi müqavilə şərtlərini bir neçə ay əvvəl razılaşdırıb.

Qeyd edək ki, 25 yaşlı futbolçu ötən mövsüm Liqa 1-də 27 matça çıxıb, 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.