"Atletiko"nun futbolçusu Türkiyə yolunda
14.07.2025 - 15:06
"Atletiko"nun futbolçusu Türkiyə yolunda

“Atletiko Madrid”in futbolçusu Saul Niqez karyerasını Türkiyədə davam etdirə bilər.

Apasport.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi “Trabzonspor”a keçməyə hazırlaşır.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Hazırda Super Liqa klubu ispaniyalı futbolçu ilə danışıqlar aparır. Onun “Atletiko” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Qeyd edək ki, Saul son mövsümü icarə əsasında "Sevilya"da keçirib.