“Atletiko”nun futbolçusu “Yunayted”in radarında
18.11.2025 - 00:34
“Atletiko Madrid”in yarımmüdafiəçisi Konor Qallagher Premyer Liqaya qayıda bilər.
Apasport.az xəbər verir ki, “Mançester Yunayted” 25 yaşlı futbolçunu transfer etmək istəyir.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
İddialara görə, “qırmızı şeytanlar”ın nümayəndələri İngiltərə millisinin üzvü ilə artıq görüş keçiriblər.
Oyunçunun özü də bu təklifə müsbət yanaşır. “Yunayted” rəhbərliyi yaxın günlərdə La Liqa təmsilçisi ilə danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, “Atletiko” Konor Qallagheri 2024-cü ilin yayında “Çelsi”dən 42 milyon avroya transfer edib.
0
0