Avropada qış transfer dönəmi başa çatıb: Ən bahalı 10 transfer
05.02.2025 - 14:56
Avropada qış transfer dönəmi başa çatıb: Ən bahalı 10 transfer

Avropanın ən yaxşı 5 liqasında 2024/25 mövsümü üçün qış transfer dövrü dünən başa çatıb.

Apasport.az xəbər verir ki, Premyer Liqa transfer xərclərinə görə İspaniya La Liqası, İtaliya A Seriyası, Almaniya Bundesliqası və Fransa Liqa 1-i geridə qoyub. 

Avropanın ən bahalı 10 transferindən 6-sı Premyer Liqa komandaları tərəfindən edilib. Premyer Liqa klubları qış transfer pəncərəsində təxminən 370 milyon funt-sterlinq xərcləyib. Ötən il qış transfer pəncərəsində ödənilən məbləğ isə cəmi 100 milyon funt-sterlinq idi.

Klublar arasındakı rekord isə “Mançester Siti”dədir. “Şəhərlilər” 180 milyon funt-sterlinq xərcləyib. Ən yüksək transfer qiymətinə malik 10 futbolçu arasında “Mançester Siti”nin heyətinə qatdığı 4 futbolçu var. 

TOP-5 Liqalarında qış transfer dönəminin ən bahalı 10 transferini təqdim edirik: 

1. Omar Marmuş – “Mançester Siti” | 75 milyon avro
2. Xviça Kvaratsxeliya – PSJ | 70 milyon avro
3. Niko Qonsales – "Mançester Siti" | 60 milyon avro
4. Xavi Simons - "Leyptsiq" | 50 milyon avro
5. Abdukodir Xusanov - "Mançester Siti" | 40 milyon avro
6. Vitor Reis - "Mançester Siti" | 37 milyon avro
7. Santiaqo Qimenez - "Milan" | 32 milyon avro
8. Patrik Dorqu - "Mançester Yunayted" | 30 milyon avro
9. Elye Vahi - "Marsel" | 26 milyon avro
10. Donyell Malen - "Aston Villa" | 25 milyon avro

0