Avstriyalı müdafiəçi “Tottenhem”də - rəsmi
02.02.2025 - 18:42
İngiltərə Premyer Liqası komandalarından “Tottenhem” heyətini gücləndirməyə davam edir.
Apasport.az xəbər verir ki, klub “Lens”in müdafiəçisi Kevin Dansonu transfer edib.
Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Futbolçu mövsümün sonuna kimi məcburi satınalma variantı ilə icarəyə götürülüb.
Qeyd edək ki, Avstriya millisinin üzvü bu mövsüm “Lens”in heyətində çıxış etdiyi 14 rəsmi matçda iştirak edib.
- İstanbulda görünən şir “Qalatasaray”ın futbolçusunundur? – Özü açıqladı
- “Sabah”la oyun öncəsi “Barselona”da ciddi itki: Yamal Bakıya gəlmir
- “Benfika”nın oyununda faciə: Azarkeş həyatını itirdi
- “Fənərbaxça”nın Çempionlar Liqası matçı ona tapşırıldı
- Poçettino “Mançester Yunayted”də 100 illik antirekordu təkrarladı
0
0