"Ayaks"dan yeni transfer
04.02.2026 - 14:38
“Ayaks” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Niderland təmsilçisi Maer Karrisonu transfer edib.
19 yaşlı hücumçunun keçidi “Ayaks”a 6 milyon avroya başa gəlib.
Karriso ilə imzalanan müqavilə 2030-cu ilin yayına qədər nəzərdə tutulub. O, Amsterdam təmsilçisində 7 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, hazırda “Ayaks” Erediviziyanın turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.
0
0