Azərbaycanlı mütəxəssis Albaniya Super Liqasında çalışacaq
01.10.2024 - 16:23
Azərbaycanlı mütəxəssis Albaniya Super Liqasında çalışacaq

Azərbaycanlı mütəxəssis Rüfət Quliyev Albaniya Super Liqasında fəaliyyət göstərəcək.

Apasport.az xəbər verir ki, 51 yaşlı məşqçi “Bilis” klubunda baş məşqçi Nevil Dedenin köməkçisi təyin edilib.

Bununla yanaşı, Quliyev klubun əvəzedici komandasının baş məşqçisi vəzifəsini də icra edəcək.

O, eyni zamanda, Albaniyanın UEFA Gənclər Liqasında təmsilçisi olan “Bilis”in U-19 komandasına da rəhbərlik edəcək.

0