“Barselona” “Mançester Yunayted”in hücumçusu Markus Reşfordun transferi ilə bağlı danışıqlara başlayıb.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu ingiltərəli futbolçunun transfer şərtləri ilə maraqlanıb və klubundan ətraflı məlumat istəyib.
Ancaq “Barselona” rəsmiləri Reşfordun tam transferindən çox, onun icarəyə götürülməsində maraqlıdır. Klub bu halda onun maaşının bir hissəsinin İngiltərə təmsilçisi tərəfindən ödənilməsini istəyir.
“Mançester Yunayted” isə 27 yaşlı hücumçunu satmaq niyyətindədir və onu 40 milyon avrodan baha qiymətləndirir. Reşford özü də “Barselona”ya keçməyə müsbət yanaşır və klub rəhbərliklərinin razılığa gəlməsini gözləyir.
- “Fənərbaxça”nın hücumçusu Premyer Liqaya keçdi – 24,5 milyon avroya
- “Roma” “Porto”nun 19 yaşlı futbolçusunu transfer etdi - RƏSMI
- “Çelsi” Joao Pedro ilə yeni müqavilə bağlayır – Maaşı artırıldı
- “Mançester Yunayted” Balebaya yaxınlaşdı – 65 milyon funtluq təklif
- “Napoli” İtaliya millisinin müdafiəçisini transfer etdi