“Barsa”dan “Braqa”ya
26.07.2025 - 11:56

“Barselona”nın hücumçusu Pau Viktor karyerasını Portuqaliyada davam etdirəcək.
Apasport.az xəbər verir ki, 23 yaşlı ispaniyalı forvard “Braqa” klubu ilə 5 illik müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, Portuqaliya klubu bu keçid üçün qarşı tərəfə 12 milyon avro ödəyəcək.
Pau Viktor yeni klubunda 18 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, ispaniyalı hücumçu ötən mövsüm kataloniyalıların heyətində çıxış etdiyi 29 oyunda 2 qola imza atıb.
0
0