“Barsa”nın futbolçusu əməliyyat olundu
17.06.2025 - 22:48

İspaniya La Liqasını bu mövsüm qalib başa vuran "Barselona" ciddi itki ilə üzləşib.
Apasport.az xəbər verir ki, kataloniyalıların müdafiəçisi Jerard Martin əməliyyat olunub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Sağ əlinin sümüyündə sınıq olan ispaniyalının əməliyyatı uğurlu keçib.
23 yaşlı futbolçunun yeni mövsüm öncəsi baş tutacaq hazırlıq prosesinə qoşula biləcəyi qeyd olunub.
Qeyd edək ki, Jerard ötən mövsüm "Barsa"nın heyətində meydana çıxdığı 42 rəsmi matçda 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0