“Barsa”nın “Kamp Nou”ya qayıdacağı vaxt müəyyənləşib
25.06.2025 - 23:28
“Barsa”nın “Kamp Nou”ya qayıdacağı vaxt müəyyənləşib

“Barselona” ev oyunlarını keçirdiyi “Kamp Nou”ya qayıdacağı vaxtı açıqlayıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klub yenidənqurma işlərinin bitmək üzrə olduğunu və avqustun 10-da yeni mövsümə “Kamp Nou”da başlayacağını bildirib.

Arena iki ildir, təmirdədir. “Barselona” başa çatan mövsümdə ev oyunlarını Olimpiya stadionunda keçirib.