"Barsa"nın sabiq futbolçusu dələduzluqla ittiham olunur
11.11.2025 - 12:22
İspaniya millisinin və “Barselona”nın sabiq futbolçusu Andres İnyesta dələduzluqda ittiham edilir.
Apasport.az xəbər verir ki, bu barədə “El Espanol” nəşri məlumat yayıb. Məsələ ilə bağlı Peru prokurorluğu araşdırma aparır.
Məlumata görə, İnyestanın işləri səbəbindən bir neçə yerli sahibkar 600 min dollardan çox zərər çəkib. Belə ki, onlar keçmiş futbolçunun nüfuzu və əlaqələri ilə bağlı bir neçə idman proqramları və musiqili şouları maliyyələşdirsə də, tədbirlər baş tutmayıb.
0
0