"Barselona" 75 milyon avroya hücumçu almaq istəyir
27.04.2024 - 15:54

"Liverpul"un hücumçusu Luis Diaz hələ də kataloniyalı "Barselona"nın maraq dairəsindədir.
Apasport.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
Mənbənin sözlərinə görə, “blauqrana” yay "transfer pəncərəsi"ndə hücum potensialını gücləndirmək istəyir.
27 yaşlı kolumbiyalı Kataloniya nəhənginin əsas hədəflərindən biridir. Onun transfer qiyməti 75 milyon avro olaraq qiymətləndirilir. Bu mövsüm hücumçu 47 matçda iştirak edib, 13 qol vurub və 4 məhsuldar ötürmə edib. Diazla "qırmızılar" arasındakı müqavilə 2027-ci ilin yayında başa çatacaq.
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?
- Salah Premyer Liqada mövsümün antirekordunu təkrarlayıb
- Jurnalistin sualı Mourinyonu özündən çıxardı: "MƏQSƏDİNİZ NƏDİR?"
- Acun İlıcalı: "Ortada günahkar varsa, biz də buna daxilik"
0
0