"Barselona" Fliklə müqavilə yeniləyəcək
13.02.2025 - 17:53
"Barselona" Fliklə müqavilə yeniləyəcək

La Liqa təmsilçilərindən “Barselona”nın idman direktoru Deku komandanın baş məşqçisi Hans-Diter Fliklə müqavilə müddətinin uzadılması şərtlərini açıqlayıb.

Apasport.az xəbər verir ki, klub rəsmisinin sözlərinə görə, rəhbərlik almaniyalı mütəxəssisin işindən razıdır:

“Hər şey belə davam edərsə, müqavilə müddətinin uzadılması üzərində işə başlayacağıq”.

Flik 2024-cü il iyulun 1-dən “Barsa”nı çalışdırır. Onun La Liqa təmsilçisi ilə hazırkı müqaviləsi 2026-cı il iyunun 30-da başa çatacaq.

Qeyd edək ki, “Barselona” 23 turdan sonra İspaniya La Liqasının turnir cədvəlində 48 xalla üçüncü pillədə qərarlaşıb.