“Barselona” Fransa klubunun qapıçısını transfer edə bilər
07.10.2024 - 15:19

“Nitsa”nın polşalı qapıçısı Marçin Bulka karyerasını İspaniyanın top-klubunda davam etdirə bilər.
Apasport.az xəbər verir ki, “Barselona” 25 yaşlı qolkiperin xidmətində maraqlıdır. Kataloniya klubu Bulkanı bir müddət əvvəl zədələnən almaniyalı qolkiper Mark-Andre ter Ştegenə əvəzləyici hesab edir.
Bulkanın “Nitsa” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədərdir. Onun transfer dəyəri 20 milyon avrodur. Futbolçu cari Liqa 1 mövsümündə 7 oyun keçirib, 7 qol buraxıb.
- Nuri Şahin addım-addım Super Liqaya doğru: İstanbul klubunu çalışdıracaq
- Belçika derbisində qalmaqal: Bayraq sancmaq istədi, dava düşdü - VİDEO
- “Yuventus” 58 ildən sonra ilk dəfə belə məğlub olub
- “Atletiko”nun futbolçusunu ağır cəza gözləyir
- Ronaldo Terimin nəvələrinin xəyallarını gerçəkləşdirdi - FOTO
0
0