"Barselona" futbolçusunu 30 milyon avroya satacaq
11.05.2024 - 15:36

Kataloniya "Barselona"sının cinah müdafiəçisi Alexandro Balde yay "transfer pəncərəsi"ndə klubunu dəyişə bilər.
Apasport.az xəbər verir ki, bu barədə “Todofichajes” portalının səhifələrində məlumat verilib.
Mənbənin sözlərinə görə, klub rəhbərliyi bu yay Baldeni sataraq pul qazanmaqda maraqlıdır. "Barselona" futbolçunun transferindən 30 milyon avro qazanacağını gözləyir.
Qeyd edək ki, Alexandronun kataloniyalılarla müqaviləsi 2028-ci ilin ortalarına qədərdir. İspaniya çempionatının cari mövsümündə müdafiəçi 18 oyun keçirib və 1 məhsuldar ötürmə edib.
- Nuri Şahin addım-addım Super Liqaya doğru: İstanbul klubunu çalışdıracaq
- Belçika derbisində qalmaqal: Bayraq sancmaq istədi, dava düşdü - VİDEO
- “Yuventus” 58 ildən sonra ilk dəfə belə məğlub olub
- “Atletiko”nun futbolçusunu ağır cəza gözləyir
- Ronaldo Terimin nəvələrinin xəyallarını gerçəkləşdirdi - FOTO
0
0