"Əl İttihad"ın yarımmüdafiəçisi Nqolo Kante "Barselona"nın radarındadır.
Apasport.az xəbər verir ki, Səudiyyə Ərəbistanını tərk etmək istəyən 33 yaşlı futbolçu Avropaya qayıtmaq istəyir, lakin “Əl-İttihad” təcrübəli yarımmüdafiəçi ilə yollarını ayırmaq niyyətində deyil.
"Barselona" Kantenin vəziyyətini izləməyə davam edir. Kataloniya klubunun rəhbərliyi "transfer pəncərəsi" bağlanana qədər ulduz fransızı komandaua cəlb edə bilər.
Daha əvvəl İspaniya mətbuatı "Barselona"nın sükançısı Hans-Diter Flikin şəxsən Kante ilə müqavilə imzalanmasına qarşı olduğunu yazmışdı.
Qeyd edək ki, "Çelsi"nin keçmiş futbolçusunun "Əl-İttihad"la müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”