“Barselona” “Lill”in forvardını istəyir
02.10.2024 - 23:55
“Barselona” “Lill”in forvardını istəyir

"Lill"in futbolçusu Conatan Devid komandanı tərk edə bilər.

Apasport.az xəbər verir ki, o, Avropanın nəhəng klublarının diqqət mərkəzindədir.

Kanadalı ilə "Yuventus", "İnter", "Nyukasl" və "Barselona" maraqlanır. Kataloniya təmsilçisi 24 yaşlı futbolçunu heyətinə qatmaq üçün səy göstərəcək.

Qeyd edək ki, "Lill" Conatan Devidi 2020-ci ilin yayında "Gent"dən transfer edib.

0