
Kataloniya "Barselona"sı İngiltərə Premyer Liqasının hücumçusu ilə maraqlanır.
Apasport.az “Todofichajes” portalına istinadla xəbər verir ki, “blauqrana” hücum xəttini “Mançester Yunayted”in forvardı Alexandro Qarnaço ilə gücləndirmək istəyir.
20 yaşlı argentinalı futbolçunun qiyməti hazırda 50 milyon avro olaraq qiymətləndirilir.
Qarnaçonun “qırmızı şeytanlar”la hazırkı müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədərdir.
İngiltərə Premyer Liqasının bu mövsümündə Qarnaço 6 oyun keçirib. Hücumçu 1 qol vurub, 1 məhsuldar ötürmə edib. La Liqanın 8 turunun nəticələrinə əsasən, “Barselona” turnir cədvəlində liderdir.
- “Real” azarkeşləri Mbappeni fitə basdı
- "Milan" rəhbərliyi portuqallarla vidalaşır: Konseysao yolun sonunda
- "Fənərbaxça" tribunalarında xaos: Azarkeşin vəziyyəti pisləşdi - VİDEO
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?