“Barselona” “Valensiya”nı kubokda da rahat buraxmadı
07.02.2025 - 02:24
“Barselona” “Valensiya”nı kubokda da rahat buraxmadı

İspaniya kubokunun 1/4 finalının görüşlərinə yekun vurulub.

Apasport.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma baş tutub.

“Real Sosyedad” evində “Osasuna”nı 2:0 hesabı ilə məğlub etnəyi bacarıb.

Gecənin son matçında isə, “Barselona” “Valensiya”nın qonağı olub. 

“Kataloniyalılar” rəqibini 5:1 hesabı ilə darmadağın edərək, adını yarımfinala yazdırıb.

İspaniya kuboku
1/4 final

22:30. “Real Sosyedad” – “Osasuna” – 2:0
00:30. “Valensiya” – “Barselona” – 1:5

0