"Barselona" yalnız bir şərtlə Raşfordu transfer edə bilər
02.06.2025 - 12:31

La Liqa çempionu "Barselona" yeni mövsümdə hücum xəttini gücləndirmək istəyir.
Apasport.az xəbər verir ki, "Blauqrana"nın prioriteti "Liverpul"un futbolçusu Luis Diaz hesab edilir.
Kolumbiyalı ilə müqavilə baş tutmayacağı təqdirdə Kataloniya nəhəngi "Mançester Yunayted"in hücumçusu Markus Raşfordu transfer edəcək.
Markus Raşford 2024/25 mövsümünün ikinci yarısını icarə əsasında "Aston Villa"da keçirib.
"Transfermarkt" 27 yaşlı forvardın dəyərini 50 milyon avro olaraq qiymətləndirir. Luis Diazın bazar dəyəri isə 70 milyon avrodur.
0
0