"Barselona"da ciddi itki - 3 həftə oynamayacaq
29.10.2025 - 18:21
"Barselona"da ciddi itki - 3 həftə oynamayacaq

İspaniyanın "Barselona" klubunun heyətində ciddi itki baş verib.

Apasport.az xəbər verir ki, La Liqa nəhəginin əsas oyunçularıından olan Pedri sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı yarımmüdafiəçi sol ayaq əzələsindən zədə alıb. Pedri 3 həftə komandaya kömək edə bilməyəcək.

İspaniya yığmasınız üzvü noyabr ayında milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən sonra yaşıl meydanlara qayıda biləcək. O, bu müddətdə La Liqada "Elçe" və "Selta", Çempionlar Liqasında isə "Brügge" ilə matçı buraxacaq.

Qeyd edək ki, "Barselona" Pedrini 2019-cu ilin yayında "Las Palmas"dan 23 milyon avroya transfer edib. Ulduz futbolçu bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 13 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.