“Barselona”da de Yonq problemi
20.02.2025 - 22:26

"Barselona" Frenki de Yonqu heyətində saxlamaq istəyir.
Apasport.az xəbər verir ki, lakin tərəflər arasında yeni müqavilə ilə bağlı aparılan danışıqlar yaya kimi təxirə salınıb.
Niderlandlı yarımmüdafiəçinin meneceri ilə "Barsa"nın idman direktoru Deku arasındakı müzakirələr uğursuz yekunlaşıb.
Tərəflər yayda yenidən bu məsələ ilə bağlı danışıqlara start verəcəklər.
Qeyd edək ki, de Yonqun klubla müqaviləsi gələn ilin yayında bitəcək.
0
0