“Barselona”da yeni müqavilə
15.08.2025 - 23:30
“Barselona”da yeni müqavilə

"Barselona" Jül Kunde ilə bağlı qərarını verib.

Apasport.az xəbər verir ki, klub onunla müqavilə müddətini artırıb.

Bu barədə Karaloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Fransalı müdafiəçi ilə yeni müqavilə 2030-cu ilədək nəzərdə tutulub. 26 yaşlı futbolçunun "Barselona" ilə əvvəli razılaması 2027-ci ilin yayında bitməli idi.

Qeyd edək ki, Kunde 2022-ci ildən "Barsa"da oynayır. O, bu müddət ərzində 141 oyunda 7 qol və 18 ötürmə ilə yadda qalıb.