“Barselona” rəhbərliyi kapitan Serxio Busketslə bağlı qərarını verib.
Apasport.az saytının məlumatına görə, Jerar Pike ilə vidalaşan, Jordi Albanı da yola salmağa çalışan kataloniyalılar Busketslə bağlı fərqli düşüncədədir.
İspaniya nəhəngi 34 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilə imzalamaq niyyətindədir. Dünya çempionatından dərhal sonra tərəflər arasında rəsmi danışığa başlanılacaq. Buskets MLS klublarından təklif alsa da, baş məşqçi Xavi ona hələ də güvənir. Çalışdırıcı sabiq komanda yoldaşının hazırkı maaşla yeni sazişə qol çəkəcəyinə ümid edir.
Qeyd edək ki, Serxio Busketsin “Barselona” ilə müqaviləsi mövsümün sonuna qədərdir.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq