“Mançester Yunayted” “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonqdan əl çəkmir.
Apasport.az saytının məlumatına görə, Premyer Liqa klubu Niderland millisinin üzvünü bu yay transfer etməkdə israrlıdır.
“Qırmızı şeytanlar” 25 yaşlı oyunçunun özündən əvvəl kataloniyalıların razılığını almağa çalışır. De Yonqun satışı ilə maliyyə durumunu düzəltmək istəyən İspaniya klubu isə onun transfer qiymətində 80 milyon avroyadək endirimə gedib. “Barsa” rəhbərliyi qarşı tərəfə bundan artıq güzəştə getməyəcəyini bildirib. Hazırda üçtərəfli danışıqlar davam edir.
Qeyd edək ki, Frenki de Yonqun “Barselona” ilə müqaviləsi 2026-cı ilə qədərdir.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”