"Barselona"dan Levandovski qərarı
17.10.2025 - 19:19
"Barselona"dan Levandovski qərarı

"Barselona" mövsümün sonunda ulduz hücumçusu Robert Levandovski ilə yollarını ayırmağa hazırlaşır.

Apasport.az "Sky Sports"a istinadla xəbər verir ki, Kataloniya klubu polşalı hücumçu ilə müqaviləni uzatmaq fikrində deyil.

Levandovskinin müqaviləsi bu mövsümün sonunda başa çatacaq. "Barselona" rəhbərliyi 38 yaşı tamam olan ulduz futbolçu ilə yeni müqavilə imzalamaqdan çəkinir.

Robert Levandovski "Barselona"nın heyətində 156 rəsmi oyuna çıxıb, 105 qol vurub. Ötən mövsüm La Liqada 27 qol vuran təcrübəli hücumçu bu mövsüm də formasını qoruyur.

Levandovskinin müqaviləsi yenilənməsə, o, yayda azad agent olacaq. Avropanın müxtəlif klubları və MLS komandalarının təcrübəli hücumçu ilə maraqlandığı bildirilir.