“Barselona”nın gənc futbolçusu zədələnib
16.12.2024 - 13:55
La Liqa nəhənglərindən “Barselona” itki ilə üzləşib.
Apasport.az xəbər verir ki, Kataloniya təmsilçisinin futbolçusu Lamin Yamal zədələnib. Bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.
Yamalın durumu tibbi müayinədən sonra bilinəcək. 17 yaşlı futbolçu La Liqanın XVIII turunda “Atletiko” ilə matçı buraxa bilər.
Qeyd edək ki, “Barselona” – “Atletiko” oyunu dekabrın 21-də keçiriləcək.
- Türkiyə və İsrail azarkeşləri illər sonra yenidən bir stadionda
- Netanyahu hökumətinin “Qalatasaray” şikayətinə UEFA-dan cavab
- “Əl-Nəsr”dən qələbə, RONALDO 987-yə çatdı
- Sadio Manedən CAS-ın qərarına reaksiya: “Bu qələbə bütün Seneqal xalqınındır”
- “Tottenhem” 18 yaşlı istedadı ilə yeni müqavilə imzaladı - RƏSMİ
0
0