"Barselona"nın qapıçısı məşqlərə başlayıb
19.10.2024 - 15:16
"Barselona"nın qapıçısı məşqlərə başlayıb

La Liqa nəhənglərindən "Barselona" klubunun qapıçısı Mark-Andre ter Ştegen diz qapağı vətərinin ciddi zədələnməsindən sonra bərpa prosesi çərçivəsində meydanda məşqlərə başlayıb.

Apasport.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, İspaniya çempionatının 6-cı turunda "Villarreal"la qarşılaşmada (1:5) zədələnən 32 yaşlı almaniyalı qolkiper bu mövsüm bütün turnirlərdə yeddi oyunda iştirak edib. Onun klubla hazırkı müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

0