Portuqaliya Super Liqa təmsilçilərindən "Braqa" baş məşqçisi Daniel Sousa ilə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
1,5 ay əvvəl işə başlayan Daniel Sousa liqadakı ilk oyunundan sonra istefaya göndərilib.
Klub mövsümə Portuqaliya Super Liqasında "Estrela" ilə 1:1 hesablı heç-heçə ilə başlayıb.
Portuqaliya klubundan verilən açıqlamada Sousanın müqaviləsinə xitam verildiyi, köməkçiləri Fransisko Matos, Maksi Pereyra, Rikardo Ribeyro, Abel Pimenta, Sezar Qomeş və Migel Bastosun da klubdan ayrıldığı açıqlanıb. Yeni məşqçinin yaxın günlərdə açıqlanacağı bildirilib.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”