"Başakşehir" hücumçusu ilə yollarını ayırıb
01.07.2025 - 21:20

"Başakşehir"lə müqaviləsi başa çatan seneqallı hücumçu komandadan ayrılıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Başakşehir" hücumçusu Filip Keni ilə yollarını ayırdığını açıqlayıb.
26 yaşlı futbolçu ötən mövsüm komandasının heyətində 37 matçda 5 qolla yadda qalıb.
0
0