“Bavariya” Kolumbiya millisinin üzvü ilə maraqlanır
01.07.2025 - 12:57

“Liverpul”un vingeri Luis Diaz karyerasını Almaniyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, kolumbiyalı futbolçu ilə “Bavariya” maraqlanır.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
İddialara görə, Bundesliqa təmsilçisi 28 yaşlı oyunçunu “Qalatasaray”a transfer olunan Leroy Sanenin əvəzedicisi kimi görür.
Qeyd edək ki, Diaz ötən mövsüm “Liverpul”un heyətində 50 rəsmi oyunda çıxış edərək 17 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0