“Bavariya” Noyeri komandada saxlayacaq
07.01.2025 - 09:37
“Bavariya” qapıçısı Manuel Noyeri 2026-cı ilin iyununa qədər klubda saxlamağa hazırlaşır.
Apasport.az xəbər verir ki, hazırda zədəli olan 38 yaşlı alman əfsanəsi “Bavariya”da daha bir mövsüm keçirəcək.
Qabırğası sındığı üçün sıradan çıxmasına baxmayaraq, klub rəhbərliyi daha bir il onun komandada qalmasını istəyir.
Qeyd edək ki, dekabrın 3-də Almaniya Kubokunun 1/8 final mərhələsində “Bayer”ə qarşı (0:1) matçda Noyerin qabırğası sınıb. Bir ay sonra o, komanda ilə məşqlərə qayıdıb.
0
0