“Bavariya” və “Arsenal” qarşı-qarşıya - TRANSFERLƏR
24.12.2024 - 18:29
“Bavariya” “Arsenal”la 2 futbolçu üçün üz-üzə gəlməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, hər iki klub son Avropa çempion Niko Uillyams və “Borussiya”nın gənc ulduzu Ceymi Qittens üçün rəqabət aparacaq.
Bildirilir ki, Almaniya təmsilçisi hər iki oyunçu üçün ümumilikdə 160 milyon avronu gözdən çıxarıb.
Klublar futbolçuları yay transfer pəncərəsində heyətlərinə qatmağı planlaşdırırlar.
Qeyd edək ki, bu mövsüm şərəfini qoruduqları komandalarda Ceymi Qittens 23 matçda 9 qol, 4 məhsuldar ötürmə, Niko Uillyams isə 23 oyunda 2 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
- Türkiyə və İsrail azarkeşləri illər sonra yenidən bir stadionda
- Netanyahu hökumətinin “Qalatasaray” şikayətinə UEFA-dan cavab
- “Əl-Nəsr”dən qələbə, RONALDO 987-yə çatdı
- Sadio Manedən CAS-ın qərarına reaksiya: “Bu qələbə bütün Seneqal xalqınındır”
- “Tottenhem” 18 yaşlı istedadı ilə yeni müqavilə imzaladı - RƏSMİ
0
0