"Bavariya" yanvarda oyunçusunu satacaq
12.09.2024 - 09:55

Bundesliqa nəhənglərindən "Bavariya"nın vingeri Kinqsli Koman qış "transfer pəncərəsi"ndə klubu tərk edə bilər.
Apasport.az xəbər verir ki, Münhen klubu yayda fransızla yollarını ayıracaqdı, lakin o, Səudiyyə Ərəbistanından gələn təklifi rədd etdi.
Mətbuata görə, "Bavariya" hələ də Komanı satmaq istəyir.
Klub rəhbərliyi yanvarda 28 yaşlı futbolçuya İngiltərə Premyer Liqası təmsilçilərindən təklif alacağına ümid edir.
"Transfermarkt" portalı onun dəyərini 50 milyon avro olaraq qiymətləndirib.
- “Real” azarkeşləri Mbappeni fitə basdı
- "Milan" rəhbərliyi portuqallarla vidalaşır: Konseysao yolun sonunda
- "Fənərbaxça" tribunalarında xaos: Azarkeşin vəziyyəti pisləşdi - VİDEO
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?
0
0