Belçika derbisində qalmaqal: Bayraq sancmaq istədi, dava düşdü - VİDEO
10.03.2025 - 11:35
Belçika derbisində qalmaqal: Bayraq sancmaq istədi, dava düşdü - VİDEO

Belçika Pro Liqasının XXIX turunda "Serkl Brügge" "Klub Brügge"ni qəbul edib. 

Apasport.az xəbər verir ki, qonaqların qələbəsi ilə yekunlaşan matç (3:1) qalmaqalla yadda qalıb.

Belə ki, derbinin sonunda qələbəyə sevinən qonaqların yarımmüdafiəçisi Ardon Jaşari rəqib meydançasının mərkəzinə komandasının rəmzi olan "mavi-qara" bayraq sancmaq istəyib. 

Lakin ev sahibi komanda buna sərt reaksiya verib. Tərəflər arasında dava düşüb. 

Sözügedən hadisənin görüntülərini təqdim edirik: