Belçikalı qolkiper “Yunayted”də
02.09.2025 - 09:37

"Mançester Yunayted" daha bir transfer gerçəkləşdirib.
Apasport.az xəbər verir ki, komanda "Antverpen"in qolkiperi Senne Lammensi heyətinə qatıb.
Bu barədə "qırmızı şeytanlar"ın mətbuat xidməti məlumat yayıb.
"Yunayted" Belçika millisinin futbolçusu üçün qarşı tərəfə 21 milyon avro ödəyib. 23 yaşlı qapıçı ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Lammens Belçika klubunda ötən mövsüm ümumilikdə 44 oyun keçirib və qapısında 56 qol görüb.
0
0