“Benfika” Avropa çempionunu geri göndərəcək
30.05.2025 - 17:36

Hazırda karyerasını icarə əsasında “Benfika”da davam etdirən Renato Sançesin gələcəyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, yarımmüdafiəçi müqavilə ilə məxsus olduğu PSJ-yə qayıdacaq.
Bu barədə “AS” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, Portuqaliya təmsilçisi 27 yaşlı futbolçunun satınalma bəndini aktivləşdirməyəcək.
Xatırladaq ki, Sançes 2016-cı ildə Portuqaliya millisi ilə Avropa çempionatının qalibi olmuşdu.
0
0