"Benfika"dan ayrıldı - YUNANISTANDA ÇIXIŞ EDƏCƏK
15.09.2026 - 00:01
"Benfika"dan ayrıldı - YUNANISTANDA ÇIXIŞ EDƏCƏK

“Benfika”dan ayrılan Brumanın karyerasını Yunanıstanda davam etdirəcək.

Apasport.az xəbər verir ki, 31 yaşlı portuqaliyalı futbolçu “Aris”ə keçib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, Bruma ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Bruma daha əvvəl də “Aris”in formasını geyinib.