"Benfika"nın müdafiəçisinə PREMYER LİQA YOLU GÖRÜNDÜ
16.04.2026 - 22:32
"Benfika"nın müdafiəçisi Riçard Rios komandanı tərk edə bilər.
Apasport.az xəbər verir ki, o, karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.
Futbolçu ilə "Mançester Yunayted" yaxından maraqlanır.
"Qırmızı şeytanlar" 25 yaşlı oyunçunun keçidini yayda reallaşdırmaq niyyətindədir. Riosun klubu ilə hazırkı müqaviləsi 2030-cu ilə qədər qüvvədədir.
Qeyd edək ki, Riçard bu mövsüm 41 oyunda 5 qol vurub və 5 məhsuldar ötürmə edib.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0