Bentankur "Tottenhem"də qalacaq - RƏSMİ
03.10.2025 - 15:58

"Tottenhem"də yeni müqavilə qeydə alınıb.
Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Rodriqo Bentankurun sözləşməsinin müddətini uzadıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, "Tottenhem" Uruqvay millisinin üzvünü 2022-ci ildə "Yuventus"dan 19 milyon avro qarşılığında transfer edib.
0
0